2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidməti yerli ixracatçılara 60 745 mənşə sertifikatı verib.
"Report" xəbər verir ki, bu barədə qurumun rəisi Məmməd Abbasbəyli ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında məlumat verib.
"Bu, 2020-ci illə müqayisədə 24%-dən çox artım deməkdir. Bu da onu göstərir ki, Azərbaycan ötən il ixracı artırıb", - deyə o, qeyd edib.