Azərbaycan nümayəndə heyəti Ukraynaya səfər edəcək

Bakı. 9 mart. REPORT.AZ/ Martın 12-də İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Ukraynaya səfərə gedəcək.

İqtisadiyyat Nazirliyindən "Report"a verilən xəbərə görə, nümayəndə heyətinə rəsmi şəxslər və iş adamları daxildir.

Səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müzakirələr aparılacaq, biznes forum təşkil ediləcək.

Digər xəbərlər

AZSTAND hədəflərini açıqlayıb 16 oktyabr, 2026 / 11:51