Azərbaycan Litva və CAR-dan akkumulyator idxalını bərpa edib

Ötən ilin ilk 11 ayı ərzində Azərbaycana 27,758 milyon ABŞ dolları dəyərində 1,468 milyon ədəd akkumulyator idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 0,4 % çoxdur, kəmiyyət olaraq – 30 % azdır.

Hesabat dövründə Azərbaycan Türkiyədən 6,729 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 159 min 605 ədəd (+22 %), Çindən 6,218 milyon ABŞ dolları dəyərində (+41 %) 996 min 406 ədəd (-38 %), Qazaxıstandan 3,661 milyon ABŞ dolları dəyərində (+5 %) 104 min 739 ədəd (-2,4 %), Rusiyadan 1,81 milyon ABŞ dolları dəyərində (-55,3 %) 37 min 340 ədəd (-61,6 %), Belarusdan 1,784 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 42 min ədəd (+2,3 dəfə) məhsul alınıb.

Beş il 10 ayın tamamında Cənubi Afrika Respublikasından (CAR) və 3 il 1 aylıq fasilənin ardından Litvadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,46 min ABŞ dolları dəyərində 1 ədəd və 5,57 min ABŞ dolları dəyərində 26 ədəd akkumulyator gətirilib.

Digər xəbərlər