Ötən il Azərbaycan 20,2 milyon ABŞ dolları dəyərində 29 min 350 ton şəkər idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 50 dəfə, kəmiyyət olaraq – 91 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan Rusiyadan 19,62 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 503 dəfə çoxdur) 28 min 820 ton (+1 921 dəfə), Belarusdan 384 min ABŞ dolları dəyərində (+1 067 dəfə) 475 ton (+2 633 dəfə), Türkiyədən 36 min ABŞ dolları dəyərində (+50 %) 11,71 ton (+71 %), Çindən 33,2 min ABŞ dolları dəyərində (+65 %) 4,3 ton (+91 %), İrandan 26,5 min ABŞ dolları dəyərində (+3,3 dəfə) 18,4 ton (+2,3 dəfə) şəkər alıb.
Azərbaycan 1 il 10 aylıq fasilənin ardından İsveçrədən (0,14 min ABŞ dolları dəyərində 0,01 ton) tədarükü bərpa edib.
2022-ci ildə Azərbaycanın əsas tədarük bazarlarından Türkiyədən (tədarük 1 092 dəfə azalıb), Rusiyadan (-368 dəfə), Ukraynadan (-19 dəfə) şəkər idxalının kəskin azalması səbəbindən ölkəyə cəmi 322 ton (bir il əvvəl 18 min ton olub) məhsul gətirilib.