Azərbaycan iki ölkədən qum idxalını bərpa edib

2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycana 5,412 milyon ABŞ dolları dəyərində 76 min 776 ton qum (silisumlu, kvarslı, digər növlərdən olan təbii qum) idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 64 %, kəmiyyət olaraq – 28,2 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 4,324 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 60 % çoxdur) 73 min 274 ton (+28 %), Türkiyədən 520,31 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 2 min 019 ton (+59 %), İrandan 334,15 min ABŞ dolları dəyərində (+69 %) 1 min 810 ton (+49 %), İtaliyadan 277,57 min ABŞ dolları dəyərində (+2,5 dəfə) 59,12 ton (+35 %), Böyük Britaniyadan 70,81 min ABŞ dolları dəyərində 16,1 ton məhsul alınıb.

Bir il 9 aylıq fasilənin ardından İsveçdən, 1 il 1 ayın tamamında Böyük Britaniyadan tədarük bərpa edilib. Azərbaycana İsveçdən 24,6 min ABŞ dolları dəyərində 6,13 ton qum gətirilib.

Digər xəbərlər