2023-cü ildə Azərbaycan 5,7 milyon ABŞ dolları dəyərində 79 min 31 ədəd mikrodalğalı soba idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 35 %, kəmiyyət olaraq – 39 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 3,4 milyon ABŞ dolları dəyərində (+24 %) 57 min 631 ədəd (+31 %), Malayziyadan 1,2 milyon ABŞ dolları dəyərində (+30 %) 13 min 373 ədəd (+35 %), Böyük Britaniyadan 246 min ABŞ dolları dəyərində (-9 %) 531 ədəd (-14 %), Cənubi Koreyadan 191 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 434 ədəd (+5,9 dəfə), Türkiyədən 138 min ABŞ dolları dəyərində (+2,3 dəfə) 4 min 250 ədəd (+2,6 dəfə) soba alıb.
Azərbaycan 4 il 3 aylıq fasilənin ardından Çexiyadan (2,8 min ABŞ dolları dəyərində 2 ədəd) və 1 il 2 aylıq aradan sonra Tailanddan (4,6 min ABŞ dolları dəyərində 32 ədəd) tədarükü bərpa edib.