Azərbaycan I yarımildə Özbəkistandan 1 000 tona yaxın fıstıq alıb

Bu ilin I yarısında Azərbaycan Özbəkistandan 0,9 min ton fıstıq idxal edib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, yanvar-iyun aylarında Azərbaycan Özbəkistanın ixrac etdiyi fıstığın 20 %-nin alıcısı olub.

Özbəkistanın əsas fıstıq alıcıları arasında Rusiya (0,6 min ton), Qazaxıstan (0,6 min ton), Pakistan (0,5 min ton) və Çin (0,3 min ton) də olub.

Hesabat dövründə Özbəkistandan ümumilikdə 6 milyon dollar dəyərində 4,4 min ton fıstıq ixrac edilib. Özbəkistanın fıstıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 51 % artıb.

Digər xəbərlər