Azərbaycan Gürcüstanın avtomobil ehtiyat hissələri satdığı əsas ölkədir

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 507 min ABŞ dolları dəyərində 15,3 ton avtomobillər üçün ehtiyat hissələri və aksesuar ixrac edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrünə nisbətən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq 16 % çoxdur.

Beləliklə Azərbaycan Gürcüstanın sözügedən məhsulları ixrac etdiyi ölkələr sırasında 1-ci yerdə qərarlaşıb.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 1,97 milyon ABŞ dolları dəyərində 99 ton avtomobil aksesuarı və ehtiyat hissələri satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 9 % çox və 12 % azdır. O cümlədən Gürcüstan Birləşmiş Ərəb Əmirliklərinə 411 min ABŞ dolları dəyərində 39 ton, Ermənistana 303 min ABŞ dolları dəyərində 29,5 ton, Cənubi Koreyaya 244 min ABŞ dolları dəyərində 4 ton, Türkiyəyə 226 min ABŞ dolları dəyərində 6 ton tədarük həyata keçirib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan 13,8 milyon ABŞ dolları dəyərində 802 ton avtomobil aksesuarı və ehtiyat hissələri ixrac edib ki, bunun da 3,2 milyon ABŞ dolları dəyərində 135 tonu Azərbaycanın payına düşüb.

Digər xəbərlər