Ötən ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 192,21 min ABŞ dolları dəyərində 40,36 ton vanil gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,2 dəfə, kəmiyyət olaraq – 2,5 dəfə çoxdur.
Hesabat dövründə Türkiyədən 109,81 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,5 dəfə çoxdur) 30,86 ton (+2,8 dəfə), Çindən 56,97 min ABŞ dolları dəyərində (+78 %) 6,7 ton (+2 dəfə), İrandan 25,21 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 2,8 ton (+2,3 dəfə), Madaqaskardan 0,09 min ABŞ dolları dəyərində (-91 %) 0,01 ton (-50 %), Almaniyadan 0,08 min ABŞ dolları dəyərində (-33,3 %) 0,01 ton (dəyişməyib) və İtaliyadan 0,04 min ABŞ dolları dəyərində (-88 %) 0,01 ton (-50 %) məhsul alınıb.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın xaricdən (8 ölkə) aldığı 16,95 ton vanilin 68,8 %-i Türkiyənin payına düşüb.