Bu ilin I yarısında Azərbaycan xaricdən təxminən 1 milyon 5 min ABŞ dolları dəyərində 131 ton keşyu fındığı alıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 79 %, kəmiyyət olaraq – 79,5 % çoxdur.
Hesabat dövründə Vyetnamdan 752 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 99 % artıb) 100,55 ton (+98 %), Hindistandan 252 min ABŞ dolları dəyərində (+65 %) 30,1 ton (+58 %) və Almaniyadan 0,04 min ABŞ dolları dəyərində (-84 %) 0,01 ton (dəyişməyib) məhsul gətirilib.
Ötən il Azərbaycana idxal olunan (4 ölkədən) 159 ton keşyu fındığının 74 %-i Vyetnamın payına düşüb.