Azərbaycan daha iki ölkəyə yük avtomobili ixrac etməyə başlayıb

Ötən il Azərbaycana xaricdən 109,6 milyon ABŞ dolları dəyərində 5 min 127 ədəd yük avtomobili gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 21,1 % çoxdur, kəmiyyət olaraq – 7,7 % azdır.

Almaniyadan 32,1 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 15 % azdır) 3 min 404 ədəd (-17 %), Çindən 28,4 milyon ABŞ dolları dəyərində (+31 %) 569 ədəd (+32,3 %), Türkiyədən 11,1 milyon ABŞ dolları dəyərində (+71 %) 203 ədəd (+17 %), Rusiyadan 9,9 milyon ABŞ dolları dəyərində (-23 %) 267 ədəd (-40 %), İspaniyadan 8,2 milyon ABŞ dolları dəyərində 48 ədəd (3 il 3 aydan sonra tədarük bərpa edilib) avtomobil alınıb.

Hesabat dövründə Azərbaycandan 948,4 min ABŞ dolları dəyərində (-27 %) 19 ədəd (-81 %) yük avtomobili ixrac edilib.

Səudiyyə Ərəbistanına 825 min ABŞ dolları dəyərində (+3 dəfə) 15 ədəd (+3 dəfə), Qırğızıstana 61 min ABŞ dolları dəyərində 1 ədəd, Gürcüstana 33 min ABŞ dolları dəyərində (-92 %) 1 ədəd (-94,1 %), İrana 24,4 min ABŞ dolları dəyərində 1 ədəd və Qazaxıstana 5 min ABŞ dolları dəyərində (-99,1 %) 1 ədəd (-98,7 %) avtomobil satılıb.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İrana və Qırğızıstana tədarük həyata keçirilib.

Digər xəbərlər