Ötən il Azərbaycana xaricdən 251 min ABŞ dolları dəyərində 18 ədəd sənaye robotu gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki illə müqayisədə dəyər ifadəsində 25 %, kəmiyyət olaraq – 33,4 % azdır.
Hesabat dövründə Türkiyədən 114 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 47 % azdır) 4 ədəd (-50 %), İtaliyadan 70 min ABŞ dolları dəyərində 1 ədəd, İsveçdən 34 min ABŞ dolları dəyərində 1 ədəd, Çindən 28 min ABŞ dolları dəyərində (-74 %) 10 ədəd (-37 %) və Almaniyadan 5 min ABŞ dolları dəyərində 2 ədəd avadanlıq alınıb.
Səkkiz il 5 aylıq fasilənin ardından Almaniyadan və 2 il 7 ayın tamamında İtaliyadan idxal bərpa edilib.
Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İsveçdən tədarük həyata keçirilib.
2021-ci ildə Azərbaycanın xaricdən (4 ölkə) aldığı 336,2 min ABŞ dolları dəyərində sənaye robotlarının 64 %-i Türkiyənin payına düşüb.