Azərbaycan buğda idxalını 2 dəfə azaldıb

Bu ilin yanvar ayında Azərbaycana 70 min 145 ton buğda idxal edilib.

“Report” bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə buğdanın dəyəri 16 milyon 283 min ABŞ dollar olub.

Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 72 min 510 ton (2 dəfə), dəyər baxımından isə 27 milyon 140 min ABŞ dolları (62,5%) azdır.

Ötən ay buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1,4 %-ni təşkil edib.

Digər xəbərlər