Azərbaycan bu ilin əvvəlindən Rusiyanın Novqorod vilayətində yerləşən "Setnovo" ağac emalı müəssisəsindən 4,2 min kubmetr taxta-şalban idxal edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bu, müəssisənin ümumi ixracının 4 %-ni təşkil edib.
Hesabat dövründə şirkət ümumilikdə 105,4 min kubmetr taxta-şalban ixrac edib. Bölgənin ən böyük tədarükçüləri isə Çin (43,2 min kubmetr; 41 %), Cənubi Koreya (13,7 min kubmetr; 13 %) və Türkmənistan (12,6 min kubmetr; 12 %) olub.