Bu ilin ilk 11 ayında Gürcüstandan 1,555 milyon ABŞ dolları dəyərində şokolad və kakao əsaslı qida məhsulları ixrac olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.
Məlumata əsasən, ixrac üzrə ilk üçlükdə I yeri İran (685,07 min ABŞ dolları) tutub.
Hesabat dövründə Azərbaycan Gürcüstandan ümumi dəyəri 190,28 min ABŞ dolları olan şokolad məhsulları tədarük etməklə ilk üçlükdə II yerdə qərarlaşıb. İlk üçlük Ermənistanla (184,11 min ABŞ dolları) tamamlanıb.
Yanvar-noyabrda qonşu ölkə həmçinin 48,006 milyon ABŞ dollarlıq şokolad və kakao əsaslı qida məhsulları idxal edib. Tədarükçü ölkələr arasında Rusiya (22,831 milyon ABŞ dolları) liderlik edir. Rusiyadan sonra Ukrayna (9,877 milyon ABŞ dolları), Türkiyə (4,486 milyon ABŞ dolları) və Belçika (4,77 milyon ABŞ dolları) gəlir.