"Azərbaycan Biznesinin İnkişafı Fondu"nun nizamnamə fondu 1,2 milyard manata yaxın olacaq

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla yaradılmış "Azərbaycan Biznesinin İnkişafı Fondu" ASC-nin nizamnamə kapitalı 1 milyard 180 milyon 929 min 648 manat müəyyənləşdirilib.

"Report" xəbər verir ki, bu, yeni kommersiya qurumunun Nizamnaməsində öz əksini tapıb.

Fondun nizamnamə kapitalı hər birinin nominal dəyəri 1 manat olan 1 milyard 180 milyon 929 min 648 ədəd adi səhmdən ibarətdir.

Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Onların saxlanılmasını və idarə olunmasını İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Digər xəbərlər

Sea Breeze yeni şirkət yaradıb 02 noyabr, 2026 / 15:34