"Azərbaycan Beynəlxalq Bankı"na məxsus 17 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti noyabrın 30-da "Azərbaycan Beynəlxalq Bankı" ASC-ə məxsus 17 nəqliyyat vasitəsini özəlləşdirmə hərrracına çıxaracaq.

Bu barədə "Report"a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, avtomobillərin markaları müxtəlifdir. Onların ilkin start qiyməti 2 - 40 min manat arasında dəyişir, istehsal tarixləri isə 2005-2014-cü illəri əhatə edir.

Digər xəbərlər