Bu ilin yanvar-avqust aylarında Azərbaycana 50 milyon ABŞ dolları dəyərində 48 min 131 ton düyü idxal edilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 36 %, kəmiyyət olaraq – 17 % çoxdur.
Hesabat dövründə Azərbaycan Hindistandan 38,82 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 22 % çoxdur) 34 min 310 ton (-3 %), Pakistandan 3,56 milyon ABŞ dolları dəyərində (+3,4 dəfə) 3 min 957 ton (+3,2 dəfə), Vyetnamdan 2,6 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 3 min 227 ton (+4,2 dəfə), Çindən 2 milyon ABŞ dolları dəyərində (-4 %) 2 min 473 ton (-2 %), Türkiyədən 1,25 milyon ABŞ dolları dəyərində (+12,5 dəfə) 2 min 84 ton (+34 dəfə) düyü alıb.
Azərbaycan 2 il 5 aylıq fasilənin ardından Argentinadan (148 min ABŞ dolları dəyərində 171,3 ton) tədarükü bərpa edib.
2023-cü ildə Azərbaycana 25 ölkədən idxal edilmiş 54 min 591 ton düyünün 82,5 %-i Hindistanın payına düşüb.