Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 1,12 milyon ABŞ dolları dəyərində 125,4 ton mixək idxal edib.
"Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,8 dəfə, kəmiyyət olaraq 4,2 dəfə çoxdur.
Hesabat dövründə Azərbaycan İndoneziyadan 586 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 45 dəfə çoxdur) 68,8 ton (+110 dəfə), Madaqaskardan 273 min ABŞ dolları dəyərində (+34 %) 30,1 ton (+36 %), Qəmər adalarından 112 min ABŞ dolları dəyərində (+7,5 dəfə) 11 ton (+5,5 dəfə), Hindistandan 74,71 min ABŞ dolları dəyərində (+3 dəfə) 10,2 ton (+3 dəfə), Qırğızıstandan 65 min ABŞ dolları dəyərində 5 ton (bir il əvvəl tədarük olmayıb) məhsul alıb.
Azərbaycan 2 il 2 aylıq fasilənin ardından Almaniyadan (0,04 min ABŞ dolları dəyərində 0,01 ton) mixək tədarükünü bərpa edib.