Azərbaycan 4 ölkədən kokos yağı idxalını bərpa edib

2022-ci ildə Azərbaycana xaricdən 1,9 milyon ABŞ dolları dəyərində 731 ton kokos yağı gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci illə müqayisədə dəyər ifadəsində 22,4 %, kəmiyyət olaraq – 2,2 % çoxdur.

Hesabat dövründə Malayziyadan 1,6 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 63 % çoxdur) 614 ton (+34 %), Rusiyadan 248 min ABŞ dolları dəyərində (-52 %) 94 ton (-59 %), İndoneziyadan 52,4 min ABŞ dolları dəyərində (+6,1 %) 22 ton (dəyişməyib), Türkiyədən 3,9 min ABŞ dolları dəyərində (+9 %) 0,3 ton (+7,7 %), Şri-Lankadan 2,3 min ABŞ dolları dəyərində (-41 %) 0,2 ton (-47 %) məhsul alınıb.

Azərbaycan Almaniyadan (0,02 min ABŞ dolları dəyərində 0,01 ton), Filippindən (0,6 min ABŞ dolları dəyərində 0,15 ton), Hindistandan (0,65 min ABŞ dolları dəyərində 0,04 ton) və Niderlanddan (0,5 min ABŞ dolları dəyərində 0,1 ton) kokos yağı idxalını bərpa edib.

Ötən il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Dominikadan (0,1 min ABŞ dolları dəyərində 0,01 ton) və Fransadan (0,7 min ABŞ dolları dəyərində 0,04 ton) tədarük həyata keçirilib.

Digər xəbərlər