Azərbaycan 3 ölkəyə alma şirəsi ixrac etməyə başlayıb

2023-cü ildə Azərbaycan 7,1 milyon ABŞ dolları dəyərində 5 min 108 ton alma şirəsi ixrac edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2022-ci ilin göstəricisindən dəyər ifadəsində 2,7 dəfə, kəmiyyət olaraq – 2,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 6,8 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 3,6 dəfə çoxdur) 4 min 872 ton (+3,3 dəfə), Gürcüstana 155,25 min ABŞ dolları dəyərində (+35 %) 115 ton (+31 %), Malayziyaya 47,6 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 59,9 ton (+88 %), Qazaxıstana 31,1 min ABŞ dolları dəyərində 22,5 ton (bir il əvvəl tədarük olmayıb), Səudiyyə Ərəbistanına 19,45 min ABŞ dolları dəyərində (+70 %) 20,7 ton (+2,2 dəfə) alma şirəsi satıb.

Ötən il son 13 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Bruney-Darüssalama (4,9 min ABŞ dolları dəyərində 3,1 ton), Banqladeşə (2,9 min ABŞ dolları dəyərində 3,2 ton) və Cənubi Koreyaya (0,02 min ABŞ dolları dəyərində 0,02 ton) tədarük həyata keçirilib.

Digər xəbərlər