2022-ci ilin ilk 11 ayı ərzində Azərbaycan 1,59 milyon ABŞ dolları dəyərində 596 ton kokos yağı idxal edib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 9,1 %, kəmiyyət olaraq – 11,6 % azdır.
Hesabat dövründə Malayziyadan 1,391 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 43 % çoxdur) 526 ton (+15 %), Rusiyadan 189,1 min ABŞ dolları dəyərində (-60 %) 69,1 ton (-67 %), Türkiyədən 3,92 min ABŞ dolları dəyərində (+8,8 %) 0,28 ton (+7,6 %), Şri-Lankadan 2,34 min ABŞ dolları dəyərində (-41 %) 0,21 ton (-47 %), Vyetnamdan 0,76 min ABŞ dolları dəyərində (-51 %) 0,07 ton (-50 %) məhsul gətirilib.
Üç il 10 ayın tamamında Hindistandan, 2 il 6 aylıq fasilənin ardından Filippindən, 1 il 4 aydan sonra Almaniyadan tədarük bərpa edilib. Həmin ölkələrdən müvafiq olaraq 0,65 min ABŞ dolları dəyərində 0,04 ton, 0,64 min ABŞ dolları dəyərində 0,15 ton və 0,02 min ABŞ dolları dəyərində 0,01 ton kokos yağı alınıb.