Türkiyənin “Elektronik Sanaye ve Ticaret Anonim Şirketi”nin (ASELSAN) Azərbaycandakı törəməsi "Aselsan Bakü" MMC-nin nizamnamə kapitalı 3 milyon manat və yaxud 36,4 % azaldılır.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, son nəticədə şirkətin nizamnamə kapitalı 8,235 milyon manatdan 5,235 milyon manata düşəcək.
Xatırladaq ki, "Aselsan Bakü" 1998-ci ildə dövlət qeydiyyatına alınıb.