Almaniyanın kimya sənayesi məhsulları istehsalçısı "Henkel" şirkətinin Rusiyadakı törəməsi - "Henkel Rus" MMC Azərbaycandakı nümayəndəliyini ləğv etdiyini elan edib.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti, 25E ünvanına ("Bakı Ağ Şəhər" Biznes Mərkəzi) bildirə bilərlər.
Xatırladaq ki, "Henkel” şirkəti 1876-cı ildə yaradılıb. Onun baş ofisi Almaniyanın Düsseldorf şəhərində yerləşir.