“Akkord"un törəmə şirkəti nizamnamə kapitalını artırır

“Akkord Sənaye Tikintisi İnvestisiya Korporasiyası” ASC-yə məxsus "Hydraulic Mechanisms Company" MMC nizamnamə kapitalını 454 843 manat və yaxud 8,4 % artıraraq 5 425 751 manatdan 5 880 594 manata çatdırdığını elan edib.

“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Xatırladaq ki, "Hydraulic Mechanisms Company" 2016-cı ildə yaradılıb.

Digər xəbərlər