Bakı. 8 iyun. REPORT.AZ/ "Ağsu Aqropark" MMC təşkilati-hüquqi formasını QSC-yə dəyişib.
Bu barədə "Report" Vergilər Nazirliyinə istinadən xəbər verir.
Xatırladaq ki, nazirlik sözügedən şirkəti bu il fevralın 21-də dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Ağsu rayonu, Çiyni kəndi, nizamnamə kapitalı 2 min manat, qanuni təmsilçisi isə Ceyhun Camal oğlu Ağakişibəylidir.