Bu gündən etibarən, Zərdab rayonunda barama tədarükünə başlanılıb.
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, iyunun 9-da 30-a yaxın kümçü 1 kiloqramı 11 manatdan hesablanmaqla təqribən 1,5 ton baramanı tədarük məntəqəsinə təhvil verib.
Qeyd olunub ki, rayon kümçülərinə 1 kq barama üçün ödənilən 11 manatın 5 manatı tədarükçü, 6 manatı isə dövlət tərəfindən subsidiya şəklində təqdim olunur.
Bildirilib ki, cari ildə rayona 650 qutu barama qurdu gətirilib və 253 kümçü arasında bölüşdürülüb. Zərdabda 2025-ci ildə 32 ton təşkil edən barama istehsalının bu il daha da artacağı proqnozlaşdırılır.