2022-ci ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 14,882 milyon ABŞ dolları dəyərində 18 min 042 ton limon və laym (təzə və ya qurudulmuş) gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 15 %, kəmiyyət olaraq – 15,3 % çoxdur.
Hesabat dövründə Azərbaycan Türkiyədən 11,525 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 20 % çoxdur) 15 min 367 ton (+19,5 %), Cənubi Afrikadan 3 milyon ABŞ dolları dəyərində (+1,7 %) 2 min 395 ton (+1,7 %), Braziliyadan 173,36 min ABŞ dolları dəyərində (+3,2 dəfə) 113,71 ton (+4 dəfə), Misirdən 124 min ABŞ dolları dəyərində 123,55 ton, Argentinadan 42,1 min ABŞ dolları dəyərində 31,14 ton limon və laym alıb.
İki il 11 aylıq aradan sonra Vyetnamdan, 2 il 8 ayın tamamında Misirdən, 1 il 10 aylıq fasilənin ardından Argentinadan tədarük bərpa edilib. Azərbaycana Vyetnamdan 6,31 min ABŞ dolları dəyərində 3,41 ton məhsul idxal edilib.
2021-ci ildə Azərbaycanın idxal etdiyi (7 ölkədən) 16,9 min ton limon və laymın 85,6 %-i Türkiyənin, 13,9 %-i Cənubi Afrikanın payına düşüb.