Bakı. 4 may. REPORT.AZ/ Mayın 10-dan Rusiyanın Qelendjik limanında Türkiyədən idxal edilmiş pomidorun yoxlanmasına başlanılacaq.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yoxlama iki ölkənin fitosanitar qurumlarının iştirakı ilə birgə həyata keçiriləcək.
Bundan başqa, Rusiyadan Türkiyəyə ixrac olunan mal ətinin də bu cür yoxlamadan keçəcəyi gözlənilir. Bu məsələ ötən gün iki ölkənin rəsmiləri arasında müzakirə edilib.
Xatırladaq ki, mayın 1-dən Rusiya Türkiyə pomidorunun idxalına qoyduğu qadağanı aradan qaldırıb.