Tunis Azərbaycana xurma ixracını kəskin artırıb

Bu ilin ilk ayında Azərbaycan 793,63 min ABŞ dolları dəyərində 515,89 ton xurma (təzə və ya qurudulmuş) idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 34,8 %, kəmiyyət olaraq – 40,7 % artıb.

İrandan 391,36 min ABŞ dolları dəyərində 354,24 ton, Tunisdən 240,51 min ABŞ dolları dəyərində 131,52 ton, Fələstindən 137,58 min ABŞ dolları dəyərində 20,43 ton, Çindən 18,6 min ABŞ dolları dəyərində 9 ton, İsraildən 5,46 min ABŞ dolları dəyərində 0,68 ton və Almaniyadan 0,12 min ABŞ dolları dəyərində 0,01 ton məhsul gətirilib.

Ötənilki yanvarla müqayisədə İrandan tədarük müvafiq olaraq 21,1 % və 20,4 % artıb, Tunisdən – 6,7 dəfə və 6,6 dəfə artıb, Fələstindən – 12,2 % və 9,1 % azalıb, İsraildən – 85,9 % və 85,8 % azalıb. Ötən ilin əvvəlində Çin və Almaniyadan xurma alınmayıb.

Digər xəbərlər