"Şəhərdən kəndə” layihəsinin əhatə dairəsinə düşən fermerlərin sayı artırılacaq

“Gələcəkdə “Şəhərdən kəndə” layihəsinə 500-ə qədər fermer cəlb ediləcək". 

“Report” xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı "dəyirmi masa"da deyib.

“Bu məqsədə alternativ maliyyə imkanları hesabına çatacağıq. Növbəti illərdə fermerlərə təlimlər keçiriləcək. Məqsədimiz onların gəlirlərini artırmaqdır. "Şəhərdən kəndə" layihəsinin icrasına yeni başlansa da ona maraq böyükdür. Fermerlərlə sıx işlənilməlidir. Çünki onların imkanları məhduddur. Bu gün layihəyə cəlb edilmiş fermerlərimiz 100-dən çox yerli və xarici turistlər qəbul edəcəklər. Ölkədə kənd təsərrüfatı turizminin daha da inkişafı əsas məqsədlərindən biridir”, - o qeyd edib. 

Digər xəbərlər