Rumıniyadan Azərbaycana qarğıdalı idxalı 3 dəfədən çox artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 14,6 milyon ABŞ dolları dəyərində 39 min 642 ton qarğıdalı (o cümlədən toxumluq) gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 64,2 %, kəmiyyət olaraq – 2 dəfə çoxdur.

Hesabat dövründə Rusiyadan 10,2 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 2,7 dəfə çoxdur) 38 min 10 ton (+2,1 dəfə), Türkiyədən 1,9 milyon ABŞ dolları dəyərində (-21,5 %) 957,9 ton (+76,2 %), Serbiyadan 839 min ABŞ dolları dəyərində (+40,8 %) 171,4 ton (+29,9 %), Rumıniyadan 693 min ABŞ dolları dəyərində (+3,5 dəfə) 123,8 ton (+3,6 dəfə), İtaliyadan 683 min ABŞ dolları dəyərində (-15,7 %) 124,4 ton (-21,5 %) məhsul alınıb.

Ötən il Azərbaycanın xaricdən (13 ölkədən) aldığı 30,9 min ton qarğıdalının 93,8 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər