Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycana xaricdən 154,66 milyon ABŞ dolları dəyərində 429 min 806 ton buğda gətirilib.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49 %, kəmiyyət olaraq – 5,2 % çoxdur.
Hesabat dövründə Rusiyadan 103,484 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 4,1 % artıb) 278 min 502 ton (-28,9 %), Qazaxıstandan 51,175 milyon ABŞ dolları dəyərində (+12 dəfə) 151 min 303 ton (+9 dəfə) məhsul idxal edilib.
İyulda Azərbaycan buğdanı əsasən Rusiyadan alıb. Bu ölkədən tədarükün həcmi iyulda öncəki 6 ayın göstəricisinə nisbətən 12,2 % artıb.
Qeyd edək ki, ötən il Azərbaycanın idxal etdiyi (6 ölkədən) 1,148 milyon ton buğdanın 95,3 %-i Rusiyanın payına düşüb.