Bu ilin yanvar ayında Azərbaycan xaricə 16,19 milyon ABŞ dolları dəyərində 2 min 786 ton meşə fındığı (qabıqlı və qabığı təmizlənmiş) satıb.
“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac dəyər ifadəsində 56,3 %, kəmiyyət olaraq – 71,5 % artıb.
İtaliyaya 8,98 milyon ABŞ dolları dəyərində 1 min 437 ton, Almaniyaya 3,12 milyon ABŞ dolları dəyərində 490 ton, Rusiyaya 2,56 milyon ABŞ dolları dəyərində 461 ton, Lüksemburqa 744 min ABŞ dolları dəyərində 120 ton, Qazaxıstana 383 min ABŞ dolları dəyərində 174 ton məhsul tədarük edilib.
2021-ci ilin ilk ayı ilə müqayisədə İtaliyaya idxal müvafiq olaraq 3 dəfə və 3,1 dəfə artıb, Almaniyaya – 66 % və 86 % artıb, Rusiyaya – 20,2 % və 13,2 % azalıb, Lüksemburqa – 12,7 % və 20 % artıb, Qazaxıstana – 64,7 % və 3 dəfə artıb.
Hesabat dövründə Azərbaycan xaricdən 196 min ABŞ dolları dəyərində 29 ton meşə fındığı alıb. Bu, əvvəlki ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 38 % və 40 % çoxdur.
Almaniyadan 132 min ABŞ dolları dəyərində 19 ton, Polşadan 64 min ABŞ dolları dəyərində 10 ton və Türkiyədən 0,5 min ABŞ dolları dəyərində 0,1 ton məhsul gətirilib.
Ötən ilin ilk ayı ilə müqayisədə Almaniyadan idxal müvafiq olaraq 7,7 % və 6,9 % azalıb. İki illik aradan sonra Polşadan tədarük bərpa edilib. 2021-ci ilin yanvar ayında Azərbaycan Türkiyədən fındıq almayıb.