“PAŞA Holdinq” MMC-yə daxil olan “Agro Food Investments” MMC “Crop Agro” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilir.
“Report” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, son nəticədə “Crop Agro” MMC-nin fəaliyyətinə xitam verilir.
Xatırladaq ki, “Agro Food Investments” 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 224,307 milyon manatdır.