Niderland Azərbaycandan pomidor idxalını 955 dəfə artırıb

Azərbaycan bu ilin yanvar-aprel aylarında xaricə 58,217 milyon ABŞ dolları dəyərində 48 min 068 ton pomidor satıb.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37,7 %, kəmiyyət olaraq – 31,1 % artıb.

Rusiyaya 54,415 milyon ABŞ dolları dəyərində 46 min 314 ton, Belarusa 2,3 milyon ABŞ dolları dəyərində 1,259 ton, Polşaya 239,4 min ABŞ dolları dəyərində 162 ton, Ukraynaya 192,11 min ABŞ dolları dəyərində 225,81 ton, Gürcüstana 43,04 min ABŞ dolları dəyərində 86,72 ton, Niderlanda 25,77 min ABŞ dolları dəyərində 19,1 ton məhsul göndərilib.

Bir il əvvəlki göstəricilərlə müqayisədə Rusiyaya tədarük müvafiq olaraq 34,5 % və 34,6 % artıb, Belarusa – 5,6 dəfə və 2,3 dəfə artıb, Polşaya – 4,5 dəfə və 3,1 dəfə artıb, Ukraynaya – 41,2 % artıb və 16,7 % azalıb, Gürcüstana – 72,7 % və 84 % azalıb, Niderlanda - 368 dəfə və 955 dəfə artıb.

Hesabat dövründə Azərbaycana 854,28 min ABŞ dolları dəyərində 807,6 ton pomidor gətirilib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 54 % və 18 % çoxdur.

Rusiyadan 785,17 min ABŞ dolları dəyərində 684,43 ton, Türkmənistandan 64,33 min ABŞ dolları dəyərində 114,77 ton, İrandan 4,5 min ABŞ dolları dəyərində 8,18 ton və Türkiyədən 0,28 min ABŞ dolları dəyərində 0,22 ton məhsul idxal edilib.

2021-ci ilin ilk 4 ayının göstəriciləri ilə müqayisədə Rusiyadan tədarük müvafiq olaraq 2,4 dəfə və 2,5 dəfə artıb, Türkmənistandan – 42,6 % və 26,7 % artıb, İrandan – 225 dəfə və 273 dəfə artıb. Bir il öncə Türkiyədən pomidor alınmayıb.

Digər xəbərlər