Nazir: "Kənd təsərrüfatı məhsulları Avropa standartlarına uyğun olaraq bazarlara çıxarılacaq"

Bakı. 5 iyun. REPORT.AZ/ "Azərbaycan Avropadan olan işgüzar dairələrə aqrar sektora investisiyalar yatırılması üçün gözəl imkanlar yaradır".

"Report" xəbər verir ki, bunu Azərbaycan kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan-Avropa İttifaqı biznes forumunda deyib.

"Nazirlik olaraq söz veririk ki, investisiyalarınızı qoruyacağıq. İşgüzar fəaliyyətinizin uğurla həyata keçirilməsi üçün tələb olunan məsləhət və məlumatları verəcəyik. Keyfiyyət baxımdan Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları rəqabətədavamlıdır. Bu məhsulları Avropa standartlarına uyğun olaraq Avropa bazarlarına çıxarmağı nəzərdə tuturuq. Bu, gələcək ticarətin olduqca vacib aspektlərindən biridir", - nazir əlavə edib.

Digər xəbərlər