Naxçıvanda bu il veriləcək əkin subsidiyasının məbləğləri müəyyənləşdirilib

Naxçıvan Muxtar Respublikasında aqrar sahə üzrə subsidiyalar ölkə Prezidentinin 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın 2.4-cü bəndinə müvafiq olaraq Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallara uyğun olaraq ödəniləcək.

"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu il Naxçıvan iqtisadi rayonunda əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyən edilib:

Bitki növləri

Əkin əmsalı

Əkin subsidiyası (manat/ha)

Çəltik:

əsas əkinlər

1,9

380

təkrar əkinlər

0,6

120

Qarğıdalı:

əsas əkinlər (işğaldan azad edilmiş ərazilər istisna olmaqla):

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,45

290

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,15

230

təkrar əkinlər

0,6

120

Darı:

Sorqo:

əsas əkinlər:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,1

220

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,8

160

təkrar əkinlər

0,6

120

Digər dənli və dənli paxlalılar (buğda, arpa, çovdar, vələmir, qarabaşaq, noxud, lobya, mərci və s.):

İşğaldan azad edilmiş ərazilər üzrə (qarğıdalı və darı da daxil olmaqla):

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

2,0

400

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,7

140

Digər ərazilər üzrə:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,45

290

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,15

230

Yer fındığı:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,4

280

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,1

220

Zəfəran

2,2

440

Günəbaxan:

əsas əkinlər:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,9

180

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,6

120

təkrar əkinlər

0,6

120

Kartof:

əsas əkinlər:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,8

360

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,5

300

təkrar əkinlər

0,6

120

Tərəvəz:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,55

310

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,25

250

Bostan bitkiləri:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,4

280

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,1

220

Yonca:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,8

160

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,5

100

Digər bitkilər (pambıq, tütün, şəkər çuğunduru və soya istisna olmaqla):

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,95

190

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,65

130

Üzüm:

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar

73,5

14700

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan bağlar istisna olmaqla 2021-ci il sentyabrın 1-dən salınan bağlar

3,5

700

2021-ci il sentyabrın 1-dən əvvəl salınmış bağlar

1,25

250

Meyvə:

İntensiv meyvə bağları:

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan, damcı suvarma sistemi ilə təmin olunmuş intensiv/hiper-intensiv meyvə bağları:

fındıq bağları

40,25

8050

şaftalı (nektarin) və ərik bağları

122,5

24500

püstə bağları

31,5

6300

armud bağları

126

25200

alma bağları

161

32200

gilas bağları

50,0

10000

xurma (xirnik) bağları

35

7000

badam bağları

36.75

7350

qoz bağları

28

5600

2021-ci ilin sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan digər intensiv bağlar

4,0

800

2021-ci il sentyabrın 1-dən əvvəl salınan intensiv bağlar

1,55

310

Digər meyvə bağları:

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları

4,0

800

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmuş meyvə bağları

1,55

310

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan şabalıd bağları istisna olmaqla damcı suvarma sistemi ilə təmin olunmamış meyvə bağları

1,25

250

Giləmeyvə:

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan və damcı suvarma sistemi ilə təmin olunmuş bağlar:

kivi bağları

48,0

9600

moruq bağları

16,0

3200

qarağat bağları

16,0

3200

böyürtkən bağları

16,0

3200

qaragilə (mavigilə) bağları

Dibçəklərdə torf və perlit qarışığında əkilənlər üzrə

75,0

15000

torpaqda (pH 6.5 –dən artıq olmaması şərti ilə) əkilənlər üzrə

37,5

7500

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan kivi bağları istisna olmaqla 2022-ci ildən salınmış və damcı suvarma sistemi ilə təmin olunmuş kivi bağları

3,3

660

Yuxarıda qeyd edilən giləmeyvə bağları istisna olmaqla digər giləmeyvə sahələri:

müasir suvarma sistemləri ilə təmin olunmuş sahələr

1,55

310

müasir suvarma sistemləri ilə təmin olunmamış sahələr

1,25

250

2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınan tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilər

5,0

1000

Aqrar Subsidiya Şurasının qərarına əsasən 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək:

Aqrar Subsidiya Şurasının qərarına əsasən Naxçıvan Muxtar Respublikasında verilən məhsul subsidiyası siyahısı genişlənir:

2025-ci ildə məhsul subsidiyası 5 bitki (tütün, şəkər çuğunduru, soya, qarğıdalı və günəbaxan) üzrə aşağıdakı əmsallara uyğun olaraq veriləcək:

Bitki növləri

Məhsul əmsalı

Məhsul subsidiyası (manat/ton)

Tütün:

Virciniya sortu, yaş

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,18

36

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,17

34

digərləri:

Quru

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

1,1

220

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

1,0

200

Yaş

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,11

22

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,1

20

Şəkər çuğunduru:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,11

22

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,095

19

Soya:

müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələri

0,6

120

müasir suvarma sistemləri ilə təmin olunmamış əkin sahələri

0,5

100

Qarğıdalı

0,25

50

Günəbaxan

0,25

50

Digər xəbərlər