Bu ilin yanvar-fevral aylarında Naxçıvan MR-də 17,5 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub.
Bu barədə “Report” yerli Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,6 % çoxdur.
2 ay ərzində muxtar respublikada diri çəkidə ət istehsalı 4 084 ton, süd istehsalı 5 399 ton olub. Son 1 ildə ət istehsalı 5,8 %, süd istehsalı isə 1,6 % artıb.