Naxçıvana Cənub-Şərqi Anadoludan idxal edilən dənli və paxlalı bitkilərin dəyəri açıqlanıb

Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikası Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsindən 1,072 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları idxal edib.

“Report” bu barədə Cənub-Şərqi Anadolu Taxıl, Paxlalılar, Yağlı Toxumlar və Emal Məhsulları İxracatçıları Birliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin eyni dövrünə nisbətən 24,8 % çoxdur.

Hesabat dövründə bölgədən ümumilikdə xarici ölkələrə 282,278 milyon ABŞ dolları dəyərində dənli və paxlalı bitki məhsulları ixrac edilib ki, bu da illik müqayisədə 5,7 % azdır.

Yanvarda Cənub-Şərqi Anadolu bölgəsindən ən böyük həcmdə dənli və paxlalı bitki məhsulları ixracı Yaxın Şərq ölkələrinə (149,513 milyon ABŞ dolları məbləğində) həyata keçirilib. Bu 1 il əvvələ nisbətən 2,7 % çoxdur.

Onları Afrika ölkələri (59,180 milyon ABŞ dolları) və Amerika ölkələri (42,637 milyon ABŞ dolları) izləyib. Bunlar isə illik müqayisədə müvafiq olaraq 25,8 % az və 3,5 % çoxdur.

Digər xəbərlər