Ölkənin Muğan zonası rayonlarında arpa biçini aparılır.
"Report"un Muğan bürosu xəbər verir ki, İmişli, Cəlilabad və Biləsuvar rayonlarında arpa əkininin həcmi 2025-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artırılıb.
Məlumata görə, ötən il İmişli rayonunda 6 min 844, Cəlilabad rayonunda 13 min 450, Biləsuvar rayonunda isə 24 min 86 hektar sahədə arpa əkilmişdisə, bu il həmin göstəricilər müvafiq olaraq 16 min 307, 10 min 446,8 və 28 min 117 hektar təşkil edib.
Hazırda bu rayonlarda biçin işləri davam edir.