"Azərbaycanda mobil baytarlıq xidməti fəaliyyət göstərəcək".
Bunu "Report"a Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin Protokol sektor müdiri Toğrul Qafarbəyli bildirib.
Onun sözlərinə görə, mobil baytarlıq xidmətinin mayın 15 -17-də Bakı Ekspo Mərkəzində keçiriləcək Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı Caspian Agro sərgisi çərçivəsində təqdimatı keçiriləcək: "Mobil baytarlıq xidmətinə hazırda sınaq olaraq sertifikatlaşdırılmış 10-a yaxın baytar cəlb edilib. Baytarların siyahısı daha sonra genişlənəcək".