Misir Azərbaycana sarımsaq ixracını bərpa edib

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycana xaricdən 539,16 min ABŞ dolları dəyərində 417,26 ton sarımsaq gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 27,4 %, kəmiyyət olaraq – 28,3 % çoxdur.

Hesabat dövründə İrandan 509,14 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 98,8 % artıb) 391,64 ton (+98,5 %), Misirdən 24,34 min ABŞ dolları dəyərində 18,72 ton və Rusiyadan 5,68 min ABŞ dolları dəyərində 6,9 ton məhsul idxal edilib.

Bu il son 11 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Azərbaycan Rusiyadan sarımsaq alıb. Bir il 5 aylıq fasilənin ardından Misirdən tədarük bərpa edilib.

Digər xəbərlər