Lüksemburq Azərbaycana dondurulmuş toyuq əti ixracını bərpa edib

Azərbaycan 2022-ci ilin yanvar-aprel aylarında 12,89 milyon ABŞ dolları dəyərində 8 min 668 ton dondurulmuş toyuq əti idxal edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 49,2 %, kəmiyyət olaraq – 26,1 % çoxdur.

Hesabat dövründə Ukraynadan 6,455 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstərici ilə müqayisədə 2,1 % azalıb) 4 min 857 ton (-9,7 %), Rusiyadan 3,482 milyon ABŞ dolları dəyərində (+4 dəfə) 1 min 863 ton (+2,6 dəfə), Belarusdan 2,285 min ABŞ dolları dəyərində (+2,4 dəfə) 1 min 519 ton (+2,5 dəfə), Gürcüstandan 567,75 min ABŞ dolları dəyərində (+6,6 dəfə) 361,97 ton (+6,1 dəfə), Moldovadan 93,04 min ABŞ dolları dəyərində (-30,6 %) 64 ton (-45,8 %) məhsul alınıb.

Dörd il 9 aylıq fasilənin ardından Lüksemburqdan tədarük bərpa edilib. Bu ölkədən 0,11 min ABŞ dolları dəyərində 0,01 ton dondurulmuş toyuq əti gətirilib.

Digər xəbərlər