Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi heyvanlar arasında çiçək, nodulyar dermatit, qarayara və leptospiroz xəstəliyinə qarşı vaksinlərin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Maybo" MMC-dir.
Qalib şirkətə 4 milyon 612,7 min manat ödəniləcək.