"Təəssüf ki, son illər ərzində dünyanın ərzaq təhlükəsizliyi sistemi bir sıra risklərlə üzləşib. COVID-19 pandemiyası, regional proseslər, iqlim dəyişikliyi, torpaq və su resurslarının daha da məhdudlaşması qlobal ərzaq təhlükəsizliyinin təmini üçün təhdidlər yaradır".
"Report" xəbər verir ki, bu barədə kənd təsərrüfatı naziri İnam Kərimov “Gələcəyə baxış: Rəqəmsal kənd təsərrüfatına keçid” adlı beynəlxalq konfransın açılış mərasimində çıxışı zamanı bildirib.
"Bu çağırışlar həm də ümumi məqsədlərə nail olmaq üçün yeni beynəlxalq münasibətlərin əsasını qoydu. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Hand in Hand”, “Tarladan süfrəyə”, “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və digər əlaqəli strateji təşəbbüsləri ərzaq təhlükəsizliyi sistemlərinə təsir edən kritik amillərə cavab vermək üçün müasir təlimatlardır. Azərbaycan bu təşəbbüslərə böyük həvəslə qoşulur və bu çoxtərəfli platformalarda səmərəli əməkdaşlığa hazırdır.
Qlobal ərzaq təhlükəsizliyi sisteminin daha dayanıqlı olması üçün FAO ilə təşkilatın tərtib etdiyi strategiyaları və proqramları çərçivəsində əməkdaşlığa böyük əhəmiyyət veririk", - nazir qeyd edib.
İ. Kərimovun sözlərinə görə, bu gün Azərbaycan regionda sürətlə inkişaf edən iqtisadiyyata malik ölkədir: "Bizim əsas hədəfimiz iqtisadiyyatı şaxələndirməklə milli ərzaq təhlükəsizliyi sistemini inkişaf etdirməkdir.
Bütün dünyada aqrar sahədə yeniliklərin tətbiqi və yeni çağırışlara adaptasiya qaçılmazdır. Bu transformasiya rəqəmsal və innovasiyaya keçidi zəruri edir.
Rəqəmsal texnologiyalar iqtisadiyyata dərin təsir göstərir, kənd təsərrüfatı və ərzaq bazarlarını yenidən formalaşdırır. Məhdud resurslardan səmərəli istifadə etmək üçün kənd təsərrüfatının hər bir sektorunda rəqəmsallaşmaya ehtiyac var. Bu dəyişiklik həm də iqlim dəyişikliyi risklərini azaltmağa və adaptasiyaya imkan verəcək. Azərbaycan da öz növbəsində ölkənin kənd təsərrüfatını müasir və rəqəmsal kənd təsərrüfatına çevirmək prosesini keçir.
Bizim kənd təsərrüfatı siyasətimiz ədalətli və bərabər prinsiplərə əsaslanır. Bu siyasət FAO-nun 2030-cu il gündəliyindəki hədəflərə uyğundur. Bu səbəbdən bütün xidmətlərə və dövlət dəstəyinə asan çıxış üçün Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlamışıq.
Biz həmçinin kənd yerlərinin inkişafı və onların dəyər zəncirinə inteqrasiyası üçün rəqəmsal texnologiyalardan istifadə edirik. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərimizdə "ağıllı kənd" layihələrini həyata keçirməklə FAO-nun “1000 Rəqəmsal Kənd” Təşəbbüsünə öz töhfəmizi veririk.
Ticarət istənilən uğurlu transformasiya üçün mühüm vasitədir. Yaxşı qurulmuş ticarət əlaqələri həm də müasir texnologiyaların və qabaqcıl təcrübələrin transferini təmin edir. Azərbaycan nəqliyyat və logistika qovşağı imkanlarına görə Avrasiyanın əsas ölkələrindən birinə çevrilməyi bacarıb. Həyata keçirilən layihələr nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri arasında mühüm ticarət körpüsünə çevrilib. Əldə edəcəyimiz nailiyyətlər ölkələrimiz arasında ticarət əlaqələrini inkişaf etdirməklə yanaşı, daha sıx əməkdaşlığa təkan verə verə bilər".
İnam Kərimov: "Azərbaycan FAO ilə ərzaq təhlükəsizliyi ilə bağlı çoxtərəfli platformalarda əməkdaşlığa hazırdır"
Digər xəbərlər
İlham Əliyev kənd təsərrüfatı işçilərini təltif edib - Siyahı
30 oktyabr, 2026 / 16:12
Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki bir sıra qurumların strukturu təsdiqlənib
30 oktyabr, 2026 / 13:18
Vüqar Kərimov: Azad edilmiş ərazilərdə 610 hektar sahədə əkin və səpin işləri aparılıb
30 oktyabr, 2026 / 13:00
Məcnun Məmmədov: Azərbaycanda ərzaqlıq buğda istehsalı 170 min tonu ötüb
30 oktyabr, 2026 / 11:17
Azad edilmiş ərazilərdə 230 hektar sahədə sənaye üsulu ilə istixana layihəsi icra ediləcək
30 oktyabr, 2026 / 11:16
Azərbaycanda aqrar sahə ilə bağlı hədəflər açıqlanıb
30 oktyabr, 2026 / 10:54
Tahir Rzayev: Ərzaq təhlükəsizliyinin təmini üçün mühüm addımlar atılır
30 oktyabr, 2026 / 10:46
Nazir: Bu il Azərbaycanda 11 milyard manatdan çox aqrar məhsul istehsal edilib
30 oktyabr, 2026 / 10:31
Məcnun Məmmədov: Kənd təsərrüfatı xalqın halal əmək kimi dəyərlərinin daşıyıcısıdır
30 oktyabr, 2026 / 10:27
Azərbaycan Zimbabvedən avokado tədarük etməyə başlayıb
29 oktyabr, 2026 / 17:10
Azərpambıq ixrac gəlirlərini 61 %-dən çox artırıb
29 oktyabr, 2026 / 14:30
Gürcüstan Azərbaycanla fitosanitar nəzarət haqqında saziş bağlamağı planlaşdırır
29 oktyabr, 2026 / 13:01
Şirvan kanalı ilə 100 min hektardan çox yeni əkin sahəsi suvarılacaq
28 oktyabr, 2026 / 14:03
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
27 oktyabr, 2026 / 20:59
Bakıda bu il keçiriləcək bal yarmarkasının tarixi açıqlanıb
27 oktyabr, 2026 / 15:36
Aqrar sektorda Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi öhdəliyi ilə bağlı dəyişiklik qüvvəyə minib
27 oktyabr, 2026 / 13:06
Şərurda 4 min hektara yaxın sahədə taxıl əkiləcək
26 oktyabr, 2026 / 11:17
Azərbaycanın gübrə ixracından qazancı 4 %-ə yaxın azalıb
24 oktyabr, 2026 / 12:34
Ucarda Aqrar Biznes və I Çəltik festivalı keçirilib - Yenilənib
23 oktyabr, 2026 / 19:25