Hesablama Palatası: "Naxçıvanda EKTİS yaradılmayıb"

Naxçıvan MR-da aqrar sahədə subsidiya üzrə ölkə prezidentinin fərmanları düzgün tətbiq edilməyib.

"Report" xəbər verir ki, bu qənaətə Hesablama Palatası yerli Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalardan sonra gəlib.

"Belə ki, dövlət başçısının "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 27 iyun 2019-cu il fərmanını və fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyib, "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi" (EKTİS) Naxçıvanda tətbiq edilməyib, nazirlikdə müvafiq işçi qrupu yaradılmayıb, kütləvi informasiya vasitələrində məlumat dərc olunmayıb, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmayıb", - deyə məlumatda qeyd olunub.

Digər xəbərlər