Fransa Azərbaycana dondurulmuş toyuq əti tədarükünü bərpa edib

2021-ci ilin 11 ayı ərzində Azərbaycan xaricdən 33 milyon 312,08 min ABŞ dolları dəyərində 24 min 455,4 ton toyuq əti (dondurulmuş) tədarük edib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, əvvəlki ilin analoji dövrü ilə müqayisədə idxal dəyər ifadəsində 23,22 %, kəmiyyət olaraq – 13,21 % artıb.

Hesabat dövründə Ukraynadan 23 milyon 684,93 min ABŞ dolları dəyərində 18 min 291,57 ton, Rusiyadan 5 milyon 746,22 min ABŞ dolları dəyərində 3 min 686,69 ton, Belarusdan 2 milyon 631,93 min ABŞ dolları dəyərində 1 min 617,16 ton, Moldovadan 644,58 min ABŞ dolları dəyərində 459,78 ton, Gürcüstandan 555,08 min ABŞ dolları dəyərində 375,69 ton, Türkiyədən 47,81 min ABŞ dolları dəyərində 24,09 ton, Fransadan 1,54 min ABŞ dolları dəyərində 0,42 ton məhsul alınıb.

2020-ci ilin eyni dövrü ilə müqayisədə Ukraynadan tədarük müvafiq olaraq 29 % və 16,61 % artıb, Rusiyadan – 13,52 % və 9,68 % artıb, Belarusdan – 21,27 % və 8,71 % artıb, Moldovadan – 2,3 dəfə və 79,1 % artıb, Gürcüstandan – 44,31 % və 43,97 % azalıb, Türkiyədən – 19,21 % azalıb və 61,9 % artıb. Bir il 3 aylıq fasilənin ardından Fransadan tədarük bərpa edilib.

Ötən il Azərbaycandan toyuq əti (dondurulmuş) ancaq Belarusa tədarük olunub. Bu ölkəyə 564,03 min ABŞ dolları dəyərində 578,3 ton məhsul göndərilib.

Digər xəbərlər