“Organic Food Festival 2019”da iştirak edən ziyarətçilərin sayı gözləniləndən çox olub

Bakıda Dənizkənarı Milli Parkda orqanik məhsullar festivalında (“Organic Food Festival 2019”) gözləniləndən çox ziyarətçi iştirak edib.

Bunu “Report”a “Kənd Təsərrüfatı Nazirliyi"nə məxsus "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-nın mətbuat katibi Mayis Musayev bildirib.

Onun sözlərinə görə, 5 mindən çox ziyarətçini gözləyirdik: “Lakin “Organic Food Festival 2019” festivalına üç gün ərzində 10 mindən çox ziyarətçi gəlib”.

Festivalda 50-dən çox şirkətin 150-yə yaxın məhsul və xidmətləri təqdim olunur. Tədbirin təşkilatçıları İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, "Dövlət Aqrar Ticarət Şirkəti" MMC-dir.

Xatırladaq ki, festival iyunun 23-ə qədər davam edib. 

Digər xəbərlər