Əsas tədarük bazarından arpa idxalımız 10 dəfədən çox azalıb

2022-ci ilin yanvar-fevral aylarında Azərbaycana xaricdən 353,28 min ABŞ dolları dəyərində 833,7 ton arpa gətirilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 5 dəfə, kəmiyyət olaraq – 10,8 dəfə azdır.

Azərbaycana ancaq Rusiyadan tədarük olub. Bir il əvvəlki göstəricilərlə müqayisədə bu ölkədən idxal müvafiq olaraq 4,8 dəfə və 10,6 dəfə azalıb.

Hesabat dövründə Azərbaycandan xaricə 1,88 milyon ABŞ dolları dəyərində 9 min 455 ton arpa göndərilib.

İraqa 1,81 milyon ABŞ dolları dəyərində 9 min 110 ton, İrana 65,49 min ABŞ dolları dəyərində 344,7 ton məhsul satılıb.

Qeyd edək ki, ötən il xaricdən tədarük etdiyimiz arpanın 98,8 %-i, 2020-ci ildə - 95,8 %-i Rusiyanın payına düşüb.

Digər xəbərlər